AZ

Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib

BAKI, 24 yanvar. TELEQRAF

Yeni Ələt–Astara magistral yolunun Lənkəran və Masallı rayonları istiqamətində hazırda qatı duman müşahidə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, görünüş məsafəsinin məhdudlaşması səbəbindən sürücülər bu istiqamətdə nəqliyyat vasitələrini aşağı sürətlə idarə edirlər.

Qatı duman sürətli hərəkəti çətinləşdirir və yol hərəkəti təhlükəsizliyi üçün risk yaradır.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Seçilən
47
2
teleqraf.com

8Mənbələr