AZ

“Barselona” Fermin Lopesin müqaviləsini uzatmağı planlaşdırır

“Barselona” hücum yarımmüdafiəçisi Fermin Lopesin müqaviləsini uzatmağı planlaşdırır.

 90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumata görə,  22 yaşlı futbolçu bir sıra klubların, o cümlədən “Çelsi”nin maraq dairəsindədir. 

Katalon klubu ispaniyalı futbolçuya maaşının artırılması və mövcud müqavilənin iki illik uzadılması ilə yeni müqavilə təklif etməyi planlaşdırır. Hazırda Lopesin müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Keçən yay “Çelsi” Lopesə ciddi maraq göstərsə də, təqdim etdikləri 40 milyon avroluq təklif “Barselona” tərəfindən rəğbətlə qarşılanmayıb.

Qeyd edək ki, yanvarın 22-də UEFA-nın rəsmi saytında Çempionlar Liqasının həftənin simvolik komandası açıqlanıb və Fermin Lopes həmin siyahıya daxil edilib. O, Çempionlar Liqasının VII turunda Praqa “Slaviya”sına qarşı keçirilən oyunda het-trik etməklə komandaya üç xal qazandırıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr