AZ

Azərbaycanda toyda qan düşdü

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

Milli.Az-ın məlumatına görə, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. (APA)Milli.Az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
21
news.milli.az

10Mənbələr