AZ

"İstedadlı, perspektiv vəd edən futzalçılarımız var" - Yevgeni Kukseviç

Bu gün Danimarka yığması ilə növbəti yoxlama oyununu keçirən millimiz qələbə qazanıb (4:2).

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Yevgeni Kukseviç matç barədə fikirlərini bölüşüb.

Cari ildə doğma meydanda ilk qələbəsini rəsmiləşdirən mütəxəssis bu iki qarşılaşmanın komandaya böyük təcrübə qazandırdığını vurğulayıb. O, əsas diqqəti oyun intizamına yönəltdiklərini və bugünkü görüşdə istədiklərinə 90% nail olduqlarını bildirib. Baş məşqçi ilk oyundan sonra rəqibə uyğun taktiki dəyişikliklər etdiklərini və futzalçılarla fərdi söhbətlər apardıqlarını da diqqətə çatdırıb.

Kukseviç heyətin əsasən gənclərdən ibarət olduğunu, onların emosional davranışlarının zamanla nizamlanacağını qeyd edərək komandanın gələcəyi barədə nikbin danışıb:
"İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm. Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı. Oyunçuların əksəriyyəti gəncdi, çılğındı, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq".
Seçilən
131
1
football-plus.az

2Mənbələr