AZ

“Barselona” “Borussiya"nın müdafiəçisi üçün yarışdan çəkildi

"Barselona" klubu artıq “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek üçün heç bir addım atmayacaq.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, futbolçunun bir sıra üstünlükləri olsa da, onun sürəti Hans-Dieter Flikin oyun sisteminə uyğunlaşması üçün yetərli deyil. Bu səbəbdən 26 yaşlı müdafiəçi üçün klub digər komandalarla rəqabət aparmayacaq.

Bu mövsüm Şlotterbek bütün turnirlər üzrə 22 oyunda çıxış edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər etibarlıdır. Transfermarkt portalına görə, onun bazar qiyməti 55 milyon avrodur.

Seçilən
152
90deqiqe.az

1Mənbələr