Bakı. Trend:
Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi "SuriyaDemokratik Qüvvələri" (SDQ) koalisiyası ilə atəşkəsin 15 günuzadıldığını elan etdi.
Trend-inməlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.
Məlumata əsasən, qərar 24 yanvar tarixində yerli vaxtla saat23:00-da qüvvəyə minib.
"Atəşkəsin uzadılması ABŞ-ın SDQ həbsxanalarından İraqa "İŞİD"üzvü olan məhbusların köçürülməsi əməliyyatlarına dəstəyiçərçivəsində həyata keçirilir", - deyə nazirlik qeyd edib.