AZ

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır

Bakı, 25 yanvar, AZƏRTAC

Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün yaxın vaxtlarda baş tuta biləcəyinə inanır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının sözçüsünə istinadla “Axios” portalı məlumat yayıb.

Mənbə “Axios”a bildirib ki, “Putin və Zelenski arasında görüşə çox yaxınıq”. O əlavə edib ki, buna qədər əlavə üçtərəfli danışıqların təşkili zəruridir.

“Düşünürük ki, bundan uzaqda deyilik. Əgər hazırkı kursumuza davam etsək, məqsədimizə çatacağıq”, – deyə ABŞ administrasiyasının nümayəndəsi qeyd edib.

Portalın yazdığına görə, Amerika administrasiyası Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların “Vaşinqtonun təsəvvür edə biləcəyi qədər yaxşı” keçdiyini hesab edir.

Seçilən
53
1
azertag.az

3Mənbələr