AZ

28 ildir anbarda unudulmuş Ferrari aşkar edildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyada 1989-cu ilin "Ferrari 328 GTB" avtomobili aşkar edilib.

Oxu.Az "Focus"a istinadən xəbər verir ki, superkar 28 ildir sürülmür və çox az yürüşə malikdir - cəmi 1 434 km.

İndiyədək avtomobilin iki sahibi olub. Sonuncu sahibi vəfat etdikdən sonra avtomobil 1998-ci ildən bəri anbarda qalıb. Buna baxmayaraq, superkar yaxşı vəziyyətdədir.

Lakin unudulmuş "Ferrari" işə düşmür və hətta təkərləri belə fırlanmır. Avtomobilin bərpası planlaşdırılır.

Qeyd edək ki, "Ferrari 328 GTB" kupesi 270 at gücünə malik 3.2 litrlik V8 mühərriki ilə təchiz olunub. O, 100 km/saat sürətə 6.4 saniyədə çata və 263 km/saat maksimal sürət yığa bilir. Bu avtomobillərdən 1984-1989-cu illər arasında 7 412 ədəd istehsal olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
oxu.az

1Mənbələr