AZ

"Politico": Əbu-Dabidə keçirilən danışıqların əsas mövzularından biri iqtisadiyyat olub

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların əsasını iqtisadi əməkdaşlıq təşkil edib.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) üzərində nəzarət məsələsi də müzakirə olunub.

"Bu həftəki danışıqların əhəmiyyətli bir hissəsi iqtisadi məsələlərə, eləcə də Zaporojye AES-ə kimin nəzarət etməsi məsələsinə yönəlib".

Nəşrin mənbəyi qeyd edib ki, Rusiya və ABŞ AES-də birgə iş imkanlarını müzakirə etməyə başlayıblar ki, bu da ölkələr arasında biznes layihələri üçün yeni perspektivlər aça bilər.

Seçilən
35
1
far.az

2Mənbələr