AZ

“Yeni Sabah”ın fəaliyyətə başlamasının 7 ili tamam olur

Bu gün "Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.

2019-cu il yanvarın 25-də oxucularla görüşə gələn portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman, şou və digər sahələrlə bağlı operativ informasiyalar yayır, bölgəmizdə və dünya baş verən mühüm hadisələrlə bağlı analitik məqalələr, şərh və ekspert rəyləri dərc edir.

Yenisabah.az domenində yayımlanan xəbər portalı eyni zamanda sosial mediada da aktiv fəaliyyət göstərir. Portalın Facebook, İnstagram, Telegram, Tik-tok, YouTube səhifələri mövcuddur və gün ərzində burada yüzlərlə xəbər, foto və videolar oxuculara çatdırılır.

Ölkədə media sahəsində yaradılan azad mühitdən yararlan "Yeni Sabah" fəaliyyət göstərdiyi dövrdə daimi dövlətin dəstəyi hiss edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin onlayn media subyektləri üçün elan etdiyi müsabiqələrə qatılan xəbər portalı davamlı olaraq, qaliblər siyahısında olur, maddi dəstək alır. Bu isə kollektivin maddi durumunu yaxşılaşdırmaqla yanaşı, "Yeni Sabah"ın fəaliyyətini genişləndirilməsinə də imkan yaradır.

Yenilənmə, təkmilləşmə və daha da güclənməni əsas məqsəd sayan "Yeni Sabah" xəbər portalı oxucuların etimadını doğrultmaq üçün var gücü ilə çalışır.

7 il ərzində bizimlə əməkdaşlıq edən bütün dövlət qurumlarına, siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyəti fəallarına, mədəniyyət və incəsənət xadimlərinə və oxucularımıza təşəkkür edirik.


Telegram kanalımız
Seçilən
58
1
yenisabah.az

2Mənbələr