AZ

Boz qurdlar kimyaçılar a qarşı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək.

Tovuz stadionunun qazonu hazır olmadığı üçün "Turan Tovuz" şəhərin eyniadlı təmsilçisini Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi "boz qurdlar" olacaq.

Bu tur ərəfəsində hər iki komandanın aktivində 27 xal var. Bu oyunda hansı kollektiv qalib gəlsə turnir cədvəlində "Zirə"ni geridə qoyaraq üçüncü pilləyə yüksələcək. İlk dövrənin matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XVII tur

16:00. "Turan Tovuz" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid HacıyevVAR: Cavid CəlilovAVAR: Zöhrab AbbasovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Eldəniz MusayevSumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
sport24.az

1Mənbələr