AZ

Qardan qeyri-adi mağara: Lerikdən maraqlı görüntülər - VİDEO

Son günlər ölkənin cənub bölgəsinə yağan intensiv qar bir sıra kəndlərdə yolların bağlanmasına, nəqliyyatın hərəkətində ciddi çətinliklərin yaranmasına səbəb olub.

Musavat.com xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakinləri sərt qış şəraitini maraqlı və yaradıcı bir fürsətə çeviriblər.
Kənddə yağan qalın qardan qeyri-adi mağara hazırlanıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda böyük maraq doğurub. Videodan görünür ki, qardan düzəldilən mağara kifayət qədər genişdir, giriş hissəsi xüsusi formalaşdırılıb, içəridə isə tunelvari boşluq yaradılıb. Qar divarları səliqə ilə yonulub və mağaranın daxilində rahat hərəkət etmək mümkündür. 
Görüntülər mağaranın həm uşaqlar, həm də böyüklər üçün maraqlı və əyləncəli bir qış mənzərəsi yaratdığını göstərir. Sakinlər qarın yaratdığı çətinliklərə baxmayaraq, bu təbiət hadisəsindən fərqli və diqqətçəkən bir görüntü ortaya qoyublar. Belə əyləncəli və əl işi nümunəsi sayılan bu qardan mağara kənd sakinlərinin yaradıcılığını əks etdirib və izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, video “Facebook” sosial şəbəkəsində “Lerik” səhifəsi tərəfindən paylaşılıb.

Seçilən
33
yenilik.az

1Mənbələr