AZ

Qetsji titul gecəsində sözünü dedi - FOTO

Yüngül çəki dərəcəsində çıxış edən amerikalı Castin Qetsji Las-Veqasda keçirilən UFC 324 turnirinin əsas döyüşündə britaniyalı Peddi Pimbletti məğlub edərək müvəqqəti çempionluq kəmərini ələ keçirib.

İdman.Biz xəbər verir ki, titul qarşılaşması bütün beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə Qetsji 48:47, 49:46 və 49:46 hesabları ilə qalib elan olunub. Döyüş boyu amerikalı idmançı dəqiq zərbələrin sayında rəqibini üstələyib və bir neçə dəfə qarşılaşmanı vaxtından əvvəl bitirməyə çox yaxın olub.

Pimblett ciddi zərbələrə baxmayaraq döyüşü sona qədər davam etdirib. Nəticədə hakimlərin qərarı Castin Qetsjinin xeyrinə olub və o, UFC-nin yüngül çəki dərəcəsində müvəqqəti çempion tituluna sahib çıxıb. Növbəti döyüşdə amerikalı idmançının rəqibinin İliya Topuriya olacağı gözlənilir.

Bu qələbədən sonra Castin Qetsjinin MMA üzrə karyera balansında 27 qələbə və 5 məğlubiyyət yer alır. Peddi Pimblett isə UFC-də ilk dəfə uduzub, onun ümumi göstəricisi 23 qələbə və 4 məğlubiyyətdir.

Döyüşdən sonra açıqlanan hakim protokollarına əsasən, iki referi Qetsjiyə beş raunddan dördündə üstünlük verib – birinci, ikinci, dördüncü və beşinci raundlar 10:9 hesabı ilə amerikalıya yazılıb. Üçüncü hakim də eyni qiymətləndirməni aparıb, yalnız beşinci raundu 10:9 hesabı ilə Pimblettin xeyrinə qeyd edib.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr