Rusiya–Ukrayna müharibəsində həlak olan Ağdaş sakini 44 günlük Vətən müharibəsi qazisi olub
“Unikal”ın məlumatına görə, Rusiya–Ukrayna müharibəsində Rusiya tərəfdə döyüşərkən həlak olan Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsinin qazisi imiş.
Bildirilib ki, F.Əfəndizadə böyüyüb başa çatdığı Ağdaş rayonunda dünən torpağa tapşırılıb.
İddialara görə, Fərid Əfəndizadə Rusiya vətəndaşlığı almaq məqsədilə döyüşlərə qatılıb. Faktla bağlı əlavə detallar açıqlanmayıb.
Ehtiram Muradov