ABŞ Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı Discombobulator adlı silahdan (ingilis dilindən tərcümədə “Dezorientator”) istifadə edib.
Modern.az xəbər verir ki, bu barədə The New York Post (NYP) qəzeti məlumat yayıb.
“Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm”, – deyə ABŞ lideri Donald Tramp NYP-yə müsahibəsində bildirib.
Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan şəxslərdən birinin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un zərbəsini “çox güclü səs dalğası” ilə müqayisə edib.