Amerikalı döyüşçü Castin Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə britaniyalı Peddi Pimbleti yenib.
Fanat.Az xəbər verir ki, görüş UFC 324 çərçivəsində, bu gecə Las-Veqasda reallaşıb.
Qetji 5 raund davam edən qarşılaşmadan hakimlərin yekdil qərarı ilə qalib ayrılıb.
Beləliklə, Castin yüngül çəkidə müvəqqəti çempion titulunu qazanıb.
Qetjinin MMA-da 27 qələbəsi və 5 məğlubiyyəti var. Pimblett isə UFC-də ilk məğlubiyyətini alıb. O, MMA karyerasında 23 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.