AZ

Putin və Zelenski görüşə bilər

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında birbaşa görüşün yaxın zamanda baş tuta biləcəyini istisna etmir.

Far.Az xəbər verir ki, bu barədə "Axios" portalı Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat ayıb.

Məlumata görə, Vaşinqton bu mərhələyə çox yaxın olunduğunu düşünür.

Mənbənin sözlərinə görə, liderlərin görüşündən öncə əlavə üçtərəfli məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. ABŞ tərəfi Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında baş tutan danışıqların gedişindən razıdır və hazırkı prosesin müsbət nəticəyə aparacağına ümid edir.

Seçilən
13
far.az

1Mənbələr