AZ

Ekspertlər 2026 cı ilin ən balanslı ucuz smartfonlarını seçdi (SİYAHI)

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə ucuz Android smartfonları əhəmiyyətli dərəcədə yaxşılaşıb və onların çoxu artıq parlaq ekranlar, güclü prosessor, yüksək batareya ömrü və yaxşı kameralar təklif edir, üstəlik, flaqman modellərə nisbətən xeyli ucuzdur.

Qaynarinfo xəbər verir ki, BGR ekspertləri 5 Android smartfonunu seçi. Bunlar öz qiymətinə görə həqiqətən dəyərlidir və daha bahalı modellərlə rəqabət apara bilər.

Google Pixel 9a

"Google Pixel 9a" hələ də ən maraqlı ucuz smartfonlardan biridir: nisbətən kompakt 6,3 düymlük pOLED ekran (120 Hz), 5100 mAh batareya və "Tensor G4" prosessoru hamar işləmə və əla batareya ömrü təmin edir. Əsas kamera 48 MP (f/1.7) hətta zəif işıqda da təsir edici çəkiliş aparır.

Ekspertlərin "Pixel 9a"nı tövsiyə etməsinin əsas səbəbi – 400 dollardan aşağı qiymətə digər smartfonlarda olmayan ağıllı funksiyalardır.

Nothing Phone (3a) Pro

"Nothing Phone (3a) Pro" tanınan "şəffaf” dizaynı və unikal "Glyph" interfeysi ilə stil sahibi smartfondur. Bu cihaz güclü "Snapdragon 7s Gen 3" prosessoru, 5000 mAh batareya və 50 MP-lik üçlü kamera ilə təchiz olunub, telefoto modulunda 3× optik zoom isə bu qiymət seqmenti üçün nadir haldır.

Moto G Stylus (2025)

"Moto G Stylus"  daxilində stilus ilə fərqlənir, bu isə müasir smartfonlarda nadirdir. "Snapdragon 6 Gen 3" prosessoru, 8 GB RAM və 6,7 düymlük OLED ekran (120 Hz) ilə 350 dollardan aşağı qiymətə balanslı performans təqdim edir. Daxili stilus notlar, rəsm və naviqasiya üçün əlavə imkanlar açır.

OnePlus 13R

"OnePlus 13R" flaqmanlara rəqibdir. Burada 6000 mAh batareya, 80 Vt sürətli kabel şarjı və ötən ilin "OnePlus" flaqmanı çipi var. Alüminium çərçivə və düz kənarlar telefonu premium sinif kimi göstərir.

Smartfon adaptiv ekran yenilənmə tezliyini dəstəkləyir (1 – 120 Hz) və kameralarda təkmilləşdirmələr var: yeni 50 MP-lik telefoto kamera (2× optik zoom) əvvəlki 12R modelindəki 2 MP makro obyektivini əvəz edib.

Samsung Galaxy A16 5G

Ən sərfəli smartfon axtarırsınızsa, "Galaxy A16 5G" optimal seçimdir. 200 dollardan aşağı qiymətə istifadəçilər 6,5 düymlük AMOLED ekran, 5000 mAh batareya, üçlü kamera və 6 il yenilənmə dəstəyi alır – bu, hətta daha bahalı modellərdə nadirdir.

Xüsusiyyətlər ayrıca təəccüblü görünməsə də, qiymət və ümumi paket nəzərə alınanda yüksək dəyər yaradır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
qaynarinfo.az

1Mənbələr