ain.az, Oxu.az saytına istinadən bildirir.
Qayalara dırmanma üzrə amerikalı idmançı Aleks Honnold heç bir sığorta vasitəsi olmadan Tayvanın 508 metr hündürlüyü olan ən uca göydələninə dırmanıb.
Oxu.Az CNA agentliyinə istinadən xəbər verir.
İdmançı bu yüksəkliyi fəth etmək üçün 1 saat 31 dəqiqə vaxt sərf edib.
Honnold dırmanmaya yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 05:00 - red.) başlayıb və bir saat sonra artıq 60 mərtəbəni geridə qoyub. İdmançının azarkeşləri onu həm yerdən, həm də binanın 89-cu mərtəbəsindəki müşahidə meydançasından dəstəkləyiblər.
Aleks Honnold heç bir sığorta vasitəsi istifadə etmədən həyata keçirdiyi ekstremal və sürətli dırmanmaları ilə tanınır.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.