AZ

Ukrayna brazilyalı futbolçunu milliləşdirir

“Şaxtyor”un futbolçusu Pedrinyo yaxın vaxtlarda Ukrayna vətəndaşlığını alacaq.

Msport.az xəbər verir ki, milli  komandanın baş məşqçisi Sergey Rebrov yarımmüdafiəçi ilə əlaqə saxlayaraq, onu yığmada görmək istədiyini deyib.

27 yaşlı oyunçunun nümayəndələri pasportun alınması üçün sənədləşmə işlərini yekunlaşdırmaq üzrədirlər.

Federasiya rrəsmiləri çalışır ki, braziliyalı futbolçu martın 26-da İsveçlə keçiriləcək dünya çempionatının pley-off oyununa çatsın.

Hələ 2022-ci ildən Pedrinyonun milliləşdiriləcəyi ilə bağlı söhbətlər gəzir.

“Şaxtyor” onu 2021-ci ilin yayında “Benfika”dan 18 miıyon avroya transfer edib.

 

Seçilən
15
msport.az

1Mənbələr