AZ

Yaşar Nurinin ən böyük arzusu üzə çıxdı: 22 il əvvəl... VİDEO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2004-cü ildə bir layihəm var idi və Xalq artisti Yaşar Nuriyə təklif edilmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu rejissor Samir Kərimoğlu “Efirdən Kənar” verilişinə müsahibəsində deyib.

“Biz Yaşar müəllimlə başqa bir komediya filmi çəkmək istəyirdik, məktəb direktoru obrazında olacaqdı. Film bəlli bir səbəbdən alınmadı. O zaman mən Yaşar Nuridən bir şey soruşdum. Dedim ki, Yaşar müəllim, hansı obrazı canlandırmaq istəyərdin? Hər bir aktyorun bir arzusu var. Qayıtdı ki, Samir, drijor obrazını oynamaq istəyirəm. Düşündüm ki, ona çox yaxşı yaraşar və bunun üzərindən ssenari yazmağa başladım.

Qısa yazdığım bir şeyi sinopsis olaraq Yaşar Nuriyə göndərdim, sevindi. Hətta 2011-ci ildə “Mən evə qayıdaram” filmində xəstə-xəstə gəldi, 3-4 gün filmə çəkildi. O zaman dedi ki, bu filmdə epizodik rolu ona görə canlandırıram ki, sən məni drijor kimi çəkəsən. Amma qismət olmadı, Yaşar müəllim rəhmətə getdi”, – deyə S.Kərimoğlu bildirib.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr