AZ

Trampdan Kanadaya Çinlə bağlı xəbərdarlıq 100% gömrük rüsumu...

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp, Çinlə ticarət razılaşması əldə edəcəyi təqdirdə, Kanada mallarına 100% gömrük rüsumu tətbiq etməklə hədələyib.

Yeniavaz.com xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social”da yazıb.

O bildirib ki, əgər Kanada Çinlə razılaşma əldə edərsə, ABŞ-yə daxil olan bütün Kanada mallarına qarşı dərhal 100% gömrük rüsumu tətbiq olunacaq.

Trampın sosial media paylaşımında hansı razılaşmadan söhbət getdiyi qeyd olunmayıb.

Qeyd edək ki, ötən həftə Kanadanın Baş naziri Karni Çinlə “strateji tərəfdaşlıq” elan edib və tarifləri azaltmaq barədə razılığa gəldiklərini bildirib.

O vaxt Tramp bu addımı “yaxşı bir şey” adlandırmışdı. Lakin son günlərdə Karninin Davosdakı çıxışında ABŞ-nin rəhbərlik etdiyi “dünya nizamı”nın pozulduğunu deməsindən sonra ABŞ və Kanada arasında gərginlik artıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
6
yeniavaz.com

7Mənbələr