AZ

İsrail ordusu Qəzza zolağında 4 kilometrlik yeraltı tuneli məhv etdi - FOTO

İsrailin nəzarətində olan Qəzza zolağının cənub hissəsində aparılan təmizləmə əməliyyatları çərçivəsində uzunluğu təxminən 4 kilometr olan yeraltı tunel məhv edilib.

Bizim.Media xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, tunelin içərisində yaşayış üçün istifadə olunan otaqlar və silah-sursat aşkar edilib. Bundan əlavə, hərbçilər 5 ədəd aktiv olmayan raket qurğusu və bir neçə silah vahidi tapıblar.

İsrailin nəzarətində olan bu ərazidə atəşkəs razılaşmasına əsasən Qəzza zolağını ayıran “sarı xətt”i keçən silahlı şəxslərlə vaxtaşırı toqquşmaların baş verdiyi bildirilir.





Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr