AZ

“Barselona” 16 yaşlı yarımmüdafiəçinin transferində son mərhələdədir

İspaniyanın “Barselona” klubu “Norviç”in 16 yaşlı hücumameyilli yarımmüdafiəçisi Acay Tavaresin transferini yekunlaşdırmağa yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, kataloniyalılar 2009-cu il təvəllüdlü futbolçunun keçidi ilə bağlı razılaşmaya yaxınlaşıblar.

“Norviç”in yetirməsi olan Tavares bu mövsüm klubun U-18 komandasında çıxış edir. O, İngiltərə Premyer Liqası U-18 çempionatında səkki, İngiltərə Gənclər Kubokunda isə iki matçda forma geyinib. Gənc futbolçu hələlik məhsuldar göstəricilərlə fərqlənməyib.

İngiltərə vətəndaşı olan, eyni zamanda portuqal köklərinə malik Acay Tavares İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında da çıxış edir. Onun milli komandalardakı hesabında 15 oyun və üç qol var.

Qeyd edək ki, daha əvvəl futbolçu ilə Almaniyanın “Borussiya” Dortmund, “RB Leyptsiq”, “Bavariya”, İtaliyanın “Milan” və “Yuventus”, həmçinin İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Çelsi” klublarının maraqlandığı bildirilirdi.

İdman.Biz
Seçilən
25
idman.biz

1Mənbələr