AZ

3 əfsanə bir araya gəldi

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko karyerası ərzində birlikdə oynadığı əfsanəvi italyan futbolçularla görüşüb.

Publika.az xəbər verir ki, 2004-cü il “Qızıl top” mükafatının qalibi görüşdən fotoları İnstaqram səhifəsində paylaşıb.

Şəkillərdə “Milan”ın əfsanələri Mauro Tassotti, Paolo Maldini və keçmiş vitse-prezident Adriano Qalliani də var. DÇ-2006-nın çempionu Luka Toni də UAF prezidenti ilə selfi çəkdirib.

Şevçenko paylaşımın altına “Bu gün Milanda. Dostlarımla görüşdüyüm üçün şad oldum”, – deyə şərh yazıb.

Seçilən
46
publika.az

1Mənbələr