AZ

İsrail Türkiyənin regionda İranın "yerini tutacağı"ndan ehtiyatlanır... – YƏHUDİ ANALİTİK

Yəhudi siyasi icmalçı Amit Seqal ABŞ-ın İrana mümkün hücumu gözləntiləri fonunda Yaxın Şərqin dəyişən mənzərəsini şərh edib və İsraildən ötrü bölgənin gələcəyi üçün həyəcanverici bir proqnoz verib.
 
Moderator.az yəhidi mediasına istinadla xəbər verir ki, Seqal "İsrail Hayom" qəzetindəki həftəlik köşəsində Türkiyə dövlətinə böhtanlar ataraq yazıb: 
 
"10 il ərzində, bəlkə də daha tez, Ankaranın terror sponsoru olan sünni rejimi Yaxın Şərqi nəzarətə götürməyə çalışacaq. Onun da əlaltıları- proksiləri olacaq. Və onlar da İsraili mühasirəyə almağa və onun həyatını acınacaqlı hala gətirməyə çalışacaq."
 
Seqalın sözlərinə görə, "regiondakı liderlər Türkiyə və Qətərin əsasən simvolik bir struktur kimi gördükləri Qəzza Sülh Şurasına inteqrasiyasından xüsusilə narahat deyillər."
 
"Onların fikrincə, hətta Qətər də illərdir terrorizm və təxribatla bağlı qızğın bir işdən sonra yavaş-yavaş düzgün istiqamətdə irəliləyir. Bəs İordaniya - onsuz da fələstinlilərin əksəriyyəti olan bir ölkə - Türkiyənin orbitinə düşsə nə olacaq? Misir düşsə? Yaxud Livan?" köşə yazarı yazıb.
 
Seqal məqaləsini belə yekunlaşdırıb: 
 
"Suriyada baş verən həyəcanverici hadisələrə və onun faktiki olaraq Rəcəb Tayyib Ərdoğanın ölümgətirici protektoratına çevrilməsinə də diqqət yetirməliyik. "Müsəlman qardaşları" və onun himayədarının bölgəni ələ keçirməsindən öncə hərəkətə keçmək üçün hələ gec deyil..."
Seçilən
48
1
moderator.az

2Mənbələr