AZ

“Meta” "WhatsApp" yazışmalarına gizli çıxışda ittiham olunur

BAKI, 25 yanvar. TELEQRAF

ABŞ-nin "Meta" şirkəti "WhatsApp" messencerində istifadəçilərin yazışmalarına gizli çıxış əldə etməkdə və dələduzluqda ittiham olunur.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı bir neçə ölkədən olan vətəndaşlar şirkətə qarşı məhkəmə iddiası qaldırıblar.

İddiaçıların fikrincə, şirkət mesajların tam məxfiliklə qorunduğunu (uçdan-uca şifrələmə) bəyan etsə də, əslində istifadəçilərin şəxsi mesajlarına giriş imkanına malikdir. Məhkəməyə müraciət edənlər şirkətin bu addımını istifadəçi hüquqlarının pozulması və aldatma kimi qiymətləndiriblər.

Seçilən
26
teleqraf.com

1Mənbələr