AZ

“Karvan-Yevlax” işi erkən bitirdi – daha yenilik gözləməyin

“Karvan-Yevlax” 2025/26 mövsümünün qalan hissəsi üçün heyətin komplektləşdirilməsi prosesini başa çatdırıb.

Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev məlumat verib. Onun sözlərinə görə, bundan sonra komandaya nə yeni futbolçu transfer ediləcək, nə də hansısa ayrılıq olacaq.

Xatırladaq ki, premyer-liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi qış fasiləsinə sonuncu – 12-ci pillədə yollanıb. İlk 16 turda cəmi 6 xal toplayan yevlaxlılar fasilədə Səid iranxan, Nika Çaçaşvili, Qabil Əlizadə və Vitor Huqo ilə yollarını ayırıb. Əvəzində Rauf Rüstəmli, Samir Abdullayev və Emin Rüstəmov bundan sonra “Karvan-Yevlax”ın formasını geyəcək.

KƏNAN BAHADIR

Seçilən
70
1
football-plus.az

2Mənbələr