AZ

“Bornmut” braziliyalı hücumçu Rayanın transferini rəsmiləşdirib

Bakı. Trend:

İngiltərənin “Bornmut” və Braziliyanın “Vasko da Qama” klublarıbraziliyalı hücumçu Rayanın transferi ilə bağlı bütün detallarırazılaşdıraraq müqavilə bağlayıblar.

Trend xəbər verirki, futbolçu artıq İngiltərəyə yollanıb və yanvarın 26-da tibbibaxışdan keçəcək.

Razılaşmaya əsasən, “Bornmut” “Vasko da Qama”ya 28,5 milyon avrosabit məbləğ və əlavə olaraq 6,5 milyon avro bonus olmaqlaümumilikdə 35 milyon avro (70 milyon AZN) ödəyəcək.

Rayan “Vasko da Qama”nın əsas komandasında 2023-cü ilin yayındançıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 99 oyundameydana çıxaraq 25 qol vurub və iki məhsuldar ötürmə ilə yaddaqalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin sonunadəkqüvvədədir.

Transfermarkt portalının məlumatına görə, Rayanın bazar dəyəri25 milyon avro (50 milyon AZN) təşkil edir.

Seçilən
188
3
az.trend.az

4Mənbələr