Bakı. Trend:
Əfqanıstanda şiddətli qış fırtınaları və dondurucu yağışlarnəticəsində azı 60 nəfər həlak olub, daha 110 nəfər yaralanıb.
Trend xəbər verirki, bu barədə “Afghanistan International” məlumat yayıb.
Məlumata görə, təbii fəlakət ölkənin infrastrukturuna ciddiziyan vurub. Belə ki, 458 ev tamamilə və ya qismən dağılıb, 360ailə zərər çəkib. Eyni zamanda, 620 baş mal-qaranın tələf olduğubildirilir.
Ən böyük ziyan dağlıq və kənd ərazilərində qeydə alınıb. Qeydolunur ki, bu bölgələrdə yerləşən binalar və kommunal xidmətlərağır hava şəraitinə davam gətirmək üçün kifayət qədəruyğunlaşdırılmayıb.
Məlumata əsasən, Kabil, Pərvan, Pəncşir, Qəzni və Nuristanəyalətləri təbii fəlakətdən təsirlənib.