AZ

Azərbaycan futbolu tarixinin ən uzun seriyası qırıldı

BAKI, 25 yanvar. TELEQRAF

“Kəpəz” “Qarabağ”la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan Premyer Liqasının XVII turunun səfər matçında 2:0 hesabı ilə qalib gəlib.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan “Kəpəz” 37 qarşılaşmadan ibarət seriyanı qırıb. Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır. Bu görüşlərdən 30-da “Qarabağ” qalib gəlib, 7-si heç-heçə nəticələnib. Təxminən 24 ildən sonra rəqibinə qalib gələn “Kəpəz” 8694 gündən sonra bunu bacarıb.

Qərb təmsilçisi “Qarabağ” üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.

Seçilən
91
4
teleqraf.com

5Mənbələr