AZ

Rusiya hücumu Kiyevi çətin vəziyyətə saldı

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

"Ölkə.az" xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün "Telegram" kanalında məlumat paylaşıb.

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.

"Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb", - Kliçko yazıb.

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

Xatırladaq ki, yanvarın 20-də Rusiya qüvvələrinin atəşi nəticəsində Kiyevdə 5600-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb.

Ən son xəbərləri b

Seçilən
43
olke.az

1Mənbələr