AZ

"Hamburq"a transfer olunan Mirzəliyeva belə danışdı

Almaniyanın "Hamburq" klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.

Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi  AFFA-nın mətbuat xidmətinə danışıb:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib. O, ötən gün “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.

Seçilən
17
fanat.az

1Mənbələr