AZ

“Yeni Sabah”ın fəaliyyətə başlamasının 7 ili TAMAM OLUR

Ajans.az xəbər verir ki, 2019-cu il yanvarın 25-dən etibarən oxucu auditoriyasının etimadını qazanan “Yeni Sabah” bu illər ərzində siyasət, iqtisadiyyat, sosial və mədəni həyat, idman, şou-biznes və digər sahələr üzrə operativ xəbərləri, eləcə də analitik yazı və ekspert rəylərini oxuculara təqdim etməklə media məkanında özünəməxsus yer tutub. Portal ölkə və dünya gündəmində baş verən mühüm hadisələri peşəkar yanaşma ilə işıqlandırmağı bacarıb. Yenilənmə və inkişafı əsas prinsip kimi qəbul edən “Yeni Sabah”ın bundan sonra da oxucu etimadını doğruldacağına inanırıq. Kollektivə peşəkar fəaliyyətində yeni uğurlar, davamlı inkişaf və geniş oxucu auditoriyası arzulayırıq.

Bir daha 7 illik yubiley münasibətilə Ajans.az kollektivi adından təbrik edir, media fəaliyyətinizdə daim zirvədə olmağınızı diləyirik!

Seçilən
87
Ajans.az

1Mənbələr