ain.az, Avtosfer saytına istinadən bildirir.
"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli Oxu.az-a bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".
Oxunub 36
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.