Hindistanın Madhya Pradeş əyalətinin Sinqrauli rayonunda gil karxanasının çökməsi nəticəsində üç nəfər ölüb, iki nəfər ağır yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "The Press Trust of India" polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə rayon mərkəzindən təxminən 70 kilometr aralıda, Jiavan polis bölməsinin tabeliyində olan Kundvar postunun Parsohar kəndində baş verib.
Çökmə gil çıxarılarkən baş verib və beş nəfər dağıntılar altında qalıb. Yalnız iki nəfər xilas edilib.