Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyəli məşhur müğənni Fatih Ürək ötən ilin oktyabrında infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, sənətçinin vəkili Berrin Ayata onun səhhəti ilə bağlı açıqlama yayıb.
"İnfarkt keçirdikdən sonra reanimasiyaya aparılan Fatih Ürəyə həkimləri tərəfindən bütün prosedurlar diqqətlə həyata keçirilir. Proses qismən müsbət şəkildə davam edir. Mənəvi dəstəyini əsirgəməyən bütün dostlarımıza təşəkkür edirik" deyə, o, bildirib.
O əlavə edib ki, ifaçının səhhətində heç bir irəliləyiş yoxdur:
"Hələ ki, heç bir oyanış və ya hərəkət yoxdur. Bəzən 3 gün yaxşı, 4 gün pis, bəzən 2 gün pis, 5 gün yaxşı, amma bunların hamısı onun vəziyyəti baxımından deyə biləcəyimiz inkişaflardır. 3 aydır reanimasiyada olduğu üçün təbii olaraq təzyiq problemi var. Çəki itkisi də var, amma bunlar normal şeylərdir. Allaha şükür ki, pisləşmə yoxdur".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.