AZ

"Turan Tovuz"dan qələbə

Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib.

"Unikal" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.

Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson

Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.

Seçilən
151
6
unikal.az

10Mənbələr