AZ

“Aktobe” Nanini transfer etdi – RƏSMİ

Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Nani karyerasını Qazaxıstanda davam etdirəcək.

Msport.az xəbər verir ki, 39 yaşlı vinger “Aktobe” klubu ilə müqavilə imzalayıb.

Bir müddət öncə mətbuatda onun ayda 70 min dollar maaş alacağına dair xəbər yayılıb.

Nani 2007-2015-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, İngiltərə klubunun heyətində Çempionlar Liqasını qazanıb.

Türkiyədə “Fənərbaxça” və “Adana Dəmirspor”un formasını geyinmiş Nani son olaraq Portuqaliyada “Eştrela da Amadora” klubunda oynayıb.

Seçilən
68
msport.az

1Mənbələr