AZ

Rus ailələri niyə məhz yanvar ayında aktiv şəkildə boşanırlar..?

...Rusiyada boşanma bumu yaşanır. Yanvar ayı ən çox boşanma ərizələrinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələrinə və məhkəmələrə verildiyi aydır. Həqiqət budur ki, Yeni il tətilləri cütlüklər üçün ciddi bir güc sınağına çevrilir.

Və hamı buna dözmür...

Bu niyə baş verir? Qış tətilləri tək insanlara necə təsir edir?

SİA-nın məlumatına görə, mütəxəssislər yanvar ayını boşanma mövsümünün başlanğıcı adlandırırlar. Bu müddət ərzində ayrılıqların sayı 30 – 40 faiz artır.

Yeni il tətillərində ailələrdə ehtiraslar o qədər yüksək olur ki, bir çoxları üçün yeganə çıxış yolu fərqli bir səbəbdən olsa da, yenidən qeydiyyat şöbəsinə getməkdir.

Partnyorların dözümlülüyünü sınayan uzun tətillərin özü deyil, paradoksal olaraq, birlikdə daha çox vaxt keçirmək imkanıdır.

...Ən çox boşanma sayı yanvar və fevral aylarında baş verir. Normal həyatda, beş günlük iş həftəsində iş və digər öhdəliklər olur. Onlar sizi bu düşüncələrdən bir az yayındırır. Amma burada siz partnyorunuzla tək qalırsınız və fikir ayrılıqları olarsa, onlar pik həddə çatır.

Bunu rusiyalı ailə vəkili bildirib.

Psixoloqlar isə qeyd edirlər ki, münaqişələr tez-tez Yeni il gecəsi başlayır.

Üzünü gizlətməyi seçən Sankt-Peterburqdan olan Darya gecə yarısından dərhal sonra ərindən məyus olub. Hətta münaqişə də olmayıb; o, sadəcə masadan qalxıb gedib. On illik evlilikdən sonra.

Darya, cəmi iki həftə sonra qayıdıb və artıq ayrılmağın, boşanmağın vaxtının çatdığını təklif edib.

Vəkil ondan bunun yaxşı düşünülmüş bir qərar olub-olmadığını soruşanda o, bəli, mən də belə qərar verdim,-deyib.

Psixoloqlar bu cür impulsiv hərəkətləri "məyus gözləntilərin təsiri" ilə əlaqələndirirlər.

...Bu, yorğunluğun yığılmasıdır. İnsanlar münasibətləri kəsəndə bu qaynar nöqtəyə çatırlar. Yəni, bu, ən çox yayılmış hekayədir.

Rusiyalıpsixoloq deyir bunu.

...Bayramlardan sonra insanlar bayramlar zamanı razılığa gəlmək və böhranları müzakirə etmək üçün bütün cəhdləri etdikdən sonra çarəsizlikdən boşanma təşəbbüsü ilə çıxış edirlər.

…Lakin, başqa statistikalar da var. Bunlar Yeni il tətillərində də yüksək tələbat olan tanışlıq saytlarından gəlir. Yanvar ayının ilk 12 günündə yeni qeydiyyatların sayı 70 faiz artıb.

Ayrılıqdan dərhal sonra təsəlli axtaran insanlar evlilik agentliklərinə də müraciət edirlər.

Lakin psixoloqlar yeni münasibətə tələsməyi məsləhət görmürlər.

Mütəxəssislərin Yeni ildən sonrakı dövrü mövsümi affektiv pozğunluq adlandırması əbəs yerə deyil.

Günəşin olmaması, soyuq, pozulmuş gündəlik həyat tərzi... bəlkə də daxili qarışıqlığınızın səbəbi münasibətdə deyil, sadəcə qış böhranıdır.

Bu böhrana dözmək olar..?

Nazlı Almuradova

Seçilən
39
1
sia.az

2Mənbələr