Musavat.com xəbər verir ki, platforma Türkiyədən daxil olan istifadəçilər üçün xarici satıcılara məxsus məhsulların satışını tamamilə dayandırıb.
Qərardan sonra tətbiqə Türkiyədən giriş edən alıcılar yalnız yerli satıcıların təklif etdiyi məhsulları görə bilir.
Məlumata görə, "Temu"da daha əvvəl mövcud olan xarici satıcılara aid məhsullar türk istifadəçilər üçün gizlədilib. Bununla da Türkiyəyə birbaşa xaricdən məhsul göndərişi faktiki olaraq dayandırılıb.
Xatırladaq ki, yanvarın 7-də yeni qərarla xaricdən poçt və ya kuryer vasitəsilə edilən alış-verişlərdə tətbiq olunan 30 avro məbləğində vergi güzəşti ləğv edilib. Bununla da internet üzərindən gümrüksüz xarici alış-veriş faktiki olaraq sona çatıb. Sözügedən tənzimləmə xüsusilə xarici mərkəzli e-ticarət platformalarının Türkiyədəki fəaliyyətinə ciddi təsir göstərib. Bu dəyişikliklərdən qısa müddət sonra, yanvarın 21-də Türkiyənin Rəqabət Qurumu "Temu"nun ölkədəki ofisində yoxlama aparıb. Yoxlama zamanı bəzi rəqəmsal materialların götürüldüyü bildirilir.