AZ

Rusiya Trampla bağlı qərar verdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Pezidenti Donald Trampı Alyaskanın Ankoric şəhərində keçirilən görüş zamanı əlavə danışıqlar üçün Moskvaya dəvət etməsi heç bir praktiki nəticə vermədiyi üçün bu dəvəti ləğv edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a verdiyi müsahibədə bildirib.

Diplomat vurğulayıb ki, görüşün harada keçirilməsinin Moskva üçün prinsipial əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlarda ilk növbədə məzmuna üstünlük verir.

“Bizim mövqeyimiz qətidir, əvvəlcə danışıqların məzmunu razılaşdırılmalıdır, yalnız bundan sonra məkan məsələsi müzakirə oluna bilər”, – deyə Ryabkov qeyd edib.

Nazir müavini xatırladıb ki, Rusiya və ABŞ liderləri sonuncu dəfə sammitin keçirilməsi ilə bağlı ötən ilin oktyabr ayında razılığa gəlməyə cəhd göstəriblər. Həmin vaxt Vladimir Putin və Donald Trampın Budapeştdə görüşməsi planlaşdırılırdı. Lakin ABŞ Prezidenti bu mərhələdə şəxsi danışıqları vaxt itkisi hesab edərək görüşü ləğv edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr