Türk teatr aktyoru Haldun Dormen sonra son mənzilə yola salınıb. Sənət dünyasından çox sayda tanınmış simanın qatıldığı dəfndə qorxu dolu anlar yaşanıb. Ustad aktyor İzzet Günay mərasim zamanı halı pisləşərək huşunu itirib.
Milli.Az xəbər verir ki, namaz vaxtı İzzet Günay qəfil pisləşərək yerə yıxılıb. Mərasimdə iştirak edən digər məşhurlar dərhal Günaya ilk yardımı göstəriblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan aktyorun həyat yoldaşı İpek Günayı ətrafdakılar sakitləşdirməyə çalışıb.
97 yaşında vəfat edən Dövlət Sənətçisi Haldun Dormen üçün öz vəsiyyətinə uyğun olaraq ilk öncə anım mərasimi təşkil edilib. Mərasimdə Erdal Beşikçioğlu, Demet Akbağ, Selçuk Yöntem, Celal Şengör kimi sənət və elm dünyasının nəhəng simaları iştirak ediblər.
Mərasimin aparıcılığını edən Halit Ergenç çıxışı zamanı göz yaşlarına boğulub. Ustad sənətkarın 72 illik sənət yolunu əks etdirən video nümayiş etdirilərkən bütün zal Haldun Dormeni dəqiqələrlə ayaq üstə alqışlayıb.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)
.jpg)