Almaniya 2-ci Bundesliqasında 19-cu tur çərçivəsində "Kayzerslautern" səfərdə "Şalke-04"ün qonağı olub.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" rəqibi ilə heç-heçəyə razılaşıb. Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 39-a çatdıran "Şalke-04" hazırda Almaniya ikinci divizionunun turnir cədvəlinə başçılıq edir. "Kayzerslautern" isə 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib.