AZ

“Neftçi”dən: “Avrokuboklar vəsiqə qazanmaq şansımız hələ də var"

"Gözlənildiyi kimi, çətin oyun oldu. Meydanda daha çox mübarizə gedirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin müdafiəçisi Elvin Bədəlova məxsusdur.

O, Misli Premyer Liqasının 17-ci turunda "Zirə" ilə 0:0 hesablı heç-heçədən danışıb:

“Hər iki komanda qalib gəlmək istəyirdi. Qol şansları az oldu.

Bir qol nəticəni həll edə bilərdi. İlk matçlar həmişə çətin keçir.

Bir və ya iki oyun daha asan olacaq və biz daha yaxşı görünəcəyik. Yaxşı təlim-məşq toplanışı keçirdik və fiziki hazırlığımızı yaxşılaşdırdıq.

Komanda indi bu baxımdan özünü daha yaxşı hiss edir. Mövsümün qalan hissəsi nə qədər hazır olduğumuzu açıq şəkildə göstərəcək.

Məqsədlərimizə çatmaq uğrunda mübarizə aparacağıq. Avrokuboklar vəsiqə qazanmaq şansımız hələ də var".

Seçilən
20
sportinfo.az

1Mənbələr