AZ

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏ SÜNİ İNTELLEKTİN TƏDRİSDƏ İSTİFADƏSİ İLƏ BAĞLI TƏLİM PROQRAMI

 2026-cı ilin 09-13 fevral tarixlərində Mingəçevir Dövlət Universitetinin müəllim və əməkdaşları üçün "Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda təlim keçiriləcək.
 Təlim proqramında iştirak ödənişsizdir.
 Bu təlimdə Türkiyənin aparıcı universitetlərinin və MDU-nun mütəxəssisləri süni intellektin tədrisdə istifadəsini nəzəri və praktiki şəkildə izah edəcəklər.
 Təlimçilər:
 Prof. Dr. Hacer Karacan – Gazi Universiteti
 Prof. Dr. Gökce Nur Yılmaz – TED Universiteti
 Prof. Dr. Ömer Delialioğlu – Orta Doğu Teknik Universiteti
 Prof. Dr. Alparslan Durmuş – OSTİM Texnik Universiteti
 Dr. Muhammed Ali Koşan – Kahramanmaraş İstiklal Universiteti
 Dr. Mehmet Sevri – Rəcəb Tayyib Ərdoğan Universiteti
 Nərmin Əhmədova – Mingəçevir Dövlət Universiteti
 Əziz Əmiraslanov – Mingəçevir Dövlət Universiteti
 Təlimin əsas mövzuları:
 Süni intellekt və təhsildə rolu
 Generativ AI alətləri (ChatGPT, Gemini, Copilot və s.)
 Prompt mühəndisliyi
 Maşın öyrənmə və dərin öyrənmə
 VR/AR texnologiyaları
 Web 3.0 alətləri (Kahoot, Canva, Figma, Miro və s.)
 Hibrid tədris modelləri və interaktiv məzmun
 Ətraflı məlumat üçün: Aidə Mustafayeva – 050 730 79 08
 Təhsildə gələcəyin texnologiyalarını öyrənmək istəyirsənsə, bu fürsəti qaçırma!
 Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!
 MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏ SÜNİ İNTELLEKTİN TƏDRİSDƏ İSTİFADƏSİ İLƏ BAĞLI TƏLİM PROQRAMI
 





 
 


 
 

 

Seçilən
7
7news.az

1Mənbələr