AZ

Ağır yol qəzaları: iki nəfər həyatını itirdi, çox sayda yaralı varVİDEO

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saat 6 radələrində rayonun Yenikənd kəndi yaxınlığında qeydə alınıb.

Hadisə zamanı ağır xəsarətlər alan sərnişin- 25 yaşlı Vüqar Əsgərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qardaşı İsa Əsgərovun sözlərinə görə,  Vüqar Əsgərov bir ilə yaxın idi ki, ailə qurmuşdu. Mart ayında isə övladı dünyaya gələcəkdi.

Hadisə baş verərkən mikroavtobusda sürücüdən başqa 2 kişi, 5 qadın sərnişin olub. Onlar Şəmkir rayonu ərazisindəki istixanalara işləməyə gedirmiş. 

Qəzada xəsarət alanlardan 3 qadın saat 10:00 radələrində Gəncəyə xəstəxanaya aparılıb. Onların  müalicəsi davam etdirilir.

Salyan rayonunda da yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə Ələt-Astara magistral yolunda baş verib.

Avtomobil Salyan sakini, 45 yaşlı Taleh  İsmayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qatı duman yeni Ələt-Astara magistral yolunun başqa ərazisində zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub. Mişar daşı aparan yük maşını aşıb, qoşqudakı heyvan və quş yemləri yola dağılıb. Arxadan gələn digər yük avtomobili qəza yerini görməyərək toqquşub və bundan sonra daha 5 avtomobil zəncirvari şəkildə qəzaya uğrayıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. 

Hadisələrlə bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr