AZ

Argentina millisinin futbolçusu DÇ-2026-nı buraxa bilər

style='margin-bottom:10px;'>

"Vilyarreal"ın və Argentina yığmasının müdafiəçisi Xuan Foyt sıradan çıxıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya La Liqasının 21-ci turunda "Real"a qarşı keçirilən matçda (0:2) sol ayağından ağır zədə alan futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq. 

Bu fonda futbolçunun DÇ-2026-nı buraxmaq ehtimalı yüksəkdir. "Sport.es" nəşri bu cür zədələrdən sonra bərpa müddətinin adətən 6-9 ay çəkdiyini yazıb. Nəzərə alsaq ki, mundial 11 iyun - 19 iyul tarixlərində keçiriləcək, Foytun turnirə qədər tam hazır olması sual altına düşüb.

Qeyd edək ki, cari mövsümdə "Vilyarreal"ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Foyt Argentina millisinin heyətində DÇ-2022-nin və Finalissimanın qalibi olub, həmçinin 2019-cu ildə Amerika Kubokunda bürünc medal qazanıb.

Seçilən
129
3
teleqraf.com

4Mənbələr