AZ

Ərdoğan Türkiyəni ÇALXALAYAN durumla bağlı göstəriş verdi – AK Parti HƏRƏKƏTƏ KEÇDİ

Son dövrlər cinayətkar dəstələrin toruna düşən uşaqların sayının artması, eləcə də Ahmet Minguzzi və Atlas Çağlayanın yaşıdları tərəfindən qətlə yetirilməsi Türkiyə hökumətini ciddi addımlar atmağa vadar edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) uşaqların cinayətə sürüklənməsinin qarşısını almaq məqsədilə iki istiqamətli genişmiqyaslı işə start verib.

Hazırlanan planın birinci istiqaməti cinayətə sürüklənən uşaqlarla bağlı cəza mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə bəzi maddələrə yenidən baxılacaq və daha sərt hüquqi tədbirlər tətbiq ediləcək. İkinci istiqamət isə reabilitasiya proseslərinin gücləndirilməsi və valideynlərə yönəlik sosial dəstək mexanizmlərinin yaradılmasıdır.

Türkiyə üzrə aparılan araşdırmalar göstərir ki, cinayətə sürüklənən uşaqların böyük əksəriyyəti boşanmış ailələrdən gəlir, yaxud valideynlərindən biri və ya hər ikisi həbsdə olan uşaqlardır.

AK Parti rəsmiləri evlənmə və boşanma statistikasının demək olar ki, bərabərləşdiyinə diqqət çəkiblər:

“Bu, son dərəcə ciddi bir problemdir. Cəmiyyətdə açıq-aşkar bir aşınma müşahidə olunur. Ailələr dağıldıqda uşaqlar sahibsiz qalır. Cəzaları nə qədər sərtləşdirsəniz də, bu, yetərli deyil. Əgər bir cinayətlə bağlı reabilitasiya və islah prosesi uğurlu olmazsa, həmin cinayətin qarşısını almaq mümkün olmur. Buna görə də ilk növbədə ailələrə yönəlik sistemli yanaşma həyata keçirilməlidir. Bu məsələdə bütün cəmiyyət məsuliyyət daşımalı, akademiklər və elm adamları bir araya gələrək real, davamlı həll yolları üzərində çalışmalıdır”.

Musavat.com

Seçilən
11
editor.az

1Mənbələr