Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə paytaxt klubu liderliyini möhkəmləndirib. Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib.
25 yanvar (bazar)
18:30. “Sabah” – “Karvan-Yevlax” – 4:1
Qol: Aron Maluda, 9 (1:0), Aron Maluda, 22 (2:0), Umarali Raxmonaliyev, 32 (3:0), Olavale Doyeni, 83 (3:1), Velko Simiç, 84 (4:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”